16:59 18-11-2019
news_image
135
TOP OYUNLARI

Azərbaycanlı hakim Çempionlar Liqasında – “Lokomotiv”in oyununda

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, o, qadın voleybolçular arasında “Lokomotiv” (Rusiya) – “Maribor” (Sloveniya) oyununda əsas referi olacaq. 

Kalininqradda baş tutacaq görüşdə ikinci hakim funksiyasını Voyçieç Maroşek yerinə yetirəcək. 

Qrup mərhələsinin I turu çərçivəsində baş tutacaq matç noyabrın 20-də olacaq.