01:34 20-11-2019
news_image
143
AVRO-2020

Azərbaycan yığması son matçda da uduzdu – YENİLƏNİB

Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində çıxışını başa vurub.

Milli səfərdə Slovakiya ilə görüşüb. Trnavadakı qarşılaşmayadək qrup sonuncusu olduğu dəqiqləşən yığma nüfuz və təsəlli üçün meydana çıxıb.

İlk yeddi görüşdə 1 xal qazanan komanda hesabını artırmaq imkanına da malik olub. Düzdür, matçın ilk 45 dəqiqəsi meydan sahiblərinin diktəsi ilə keçib.

Final mərhələsinə yüksəlmək şansı olan slovakiyalılar böyük üstünlüyü qola da çeviriblər. Robert Bojenik fərqlənib. Meydan sahibləri daha bir neçə qol imkanı da əldə etsə də, yararlana bilməyib.

İkinci hissədə ssenari dəyişib. Buna daha çox paralel keçirilən Uels – Macarıstan matçının axarı təsir edib. Həmin görüşdə yalnız heç-heçə olmasına bel bağlayan slovakiyalılar buna ümidini itirdikdən sonra ruhdan düşüblər.

Uels ikinci qolu vurduqdan sonra Trnavada Azərbaycan yığması təşəbbüsə yiyələnib. Təhlükəli hücumlar təşkil edən futbolçularımız bir neçə dəfə real qol imkanı da qazanıb. Lakin oyunçuların ustalıq səviyyəsi tarazlıq yaratmaq üçün yetərli olmayıb. Əvəzində meydan sahibləri fərqi artırıblar. Marek Hamşik Emil Balayevi məyus edib.

Beləliklə, tsiklin bütün səfər oyunlarında olduğu kimi yenə uduzan yığma mərhələni cəmi 1 xalla başa vurub.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
19 noyabr
E qrupu
23:45. Slovakiya – Azərbaycan - 2:0
Qollar:
Bojeník, 19, Hamşik, 86
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 9. Robert Bojeník, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19, Yuray Kuçka, 22. Stanislav Lobotka, 7. Lukaş Haraslin, 11. Matuş Bero, 15. Norbert Qyomber
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holek, 5. Lyubomir Şatka, 4. Martin Valyent, 6. Yan Qrequş, 8. Andrey Duda, 13. Patrik Qroşovski, 20. Nikolas Şpalek, 18. Samuel Mraz, 21. Mixal Duriş, 10. Albert Ruşnak, 3. Denis Vavro,
Baş məşqçi: Pavel Hapal
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar  Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Pavel Paşayev, 5. Elvin Camalov
Baş məşqçi: Nikola Yurçeviç
Hakimlər: Sergey Boyko, Vladimir Volodin, Semyon Şlonçak, Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skott Struters (Şotıandiya)
Trnava. Anton Malatinski stadionu

1

Xorvatiya

8

5

2

1

17-7

17

2

Uels

8

4

2

2

10-6

14

3

Slovakiya

8

4

1

3

13-11

13

4

Macarıstan

8

4

0

4

8-11

12

5

Azərbaycan

8

0

1

7

5-18

1