13:48 19-11-2019
news_image
22
AVRO-2020

Slovakiya - Azərbaycan: Kim favoritdir?

AVRO-2020-nin seçmə mərhələsinin X turu çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyununun favoriti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, E qrupunun bu gün baş tutacaq görüşündə ev sahiblər favorit hesab olunur. 

Trnavadakı "Anton Malatinski" stadionundakı matçda Slovakiyanın qələbəsini 1,23 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 15,00 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 7,00-dır.
 
Qeyd edək ki, Slovakiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.