13:53 19-11-2019
news_image
51
TOKİO-2020

Tokio-2020: Gender bərabərliyi təmin olunacaq

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında gender bərabərliyi olacaq.

Apasport.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirakçıların təxminən yarısının qadın idmançılar təşkil edəcəyinə söz verib.

O, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yeni liderlərin forumunda açıqlayıb: “Biz gender bərabərliyini təmin edəcəyik. Olimpiya Oyunlarında iştirakçıların 49 faizi qadın idmançı olacaq. Bu, yarışın tarixində ən yüksək  göstəricidir. Tokiodakı gender bərabərliyi dünyadakı bütün idman təşkilatları üçün siqnaldır”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.