15:16 19-11-2019
news_image
108
AVRO-2020

Albert Rusnak: “...Azərbaycanı məğlub etmək heç nədir” - MÜSAHİBƏ

Slovakiya millisinin futbolçusu Albert Rusnak AVRO-2020-nin seçmə mərhələsinin son turu ərəfəsində müsahibə verib.

Apasport.az saytının məlumatına görə, o, Azərbaycan yığması ilə bu gün Trnavada keçiriləcək matç haqda fikirlərini açıqlayıb.

- Azərbaycanla oyun ərəfəsində gərginliyi hiss edirsizmi?
- Bu, çox vacib bir qarşılaşmadır. Başa düşürük ki, final mərhələsinə çıxa bilərik. Gərginlik hiss etdiyimizi deməzdim. “Döyüşü” səbirsizliklə gözləyirik. Bizdən nəyin gözlənildiyini yaxşı bilirik.

- Seçmə mərhələdəki ən yaxşı oyunumuzu Bakıda keçirib, 5:1 hesablı qələbə qazandınız. Bu, qarşıdakı oyun öncəsi nikbinlik yaradırmı?
- Biz Bakıda çox yaxşı oyandıq. Hər şey taktiki göstərişlərə uyğun idi. Buna görə də yaxşı hesabla qalib gəldik. Lakin bütün oyunlar 0:0-dan başlayır. Hər şey də sıfırdan başlayacaq.

- Həmin matçı necə xatırlayırsız?
- İki erkən qol vurduq. Oyuna nəzarət etdik, topu saxladıq. Rəqibin qolundan sonra yenə istədiyimiz kimi oynadıq və üç qol da vurduq.

- Çox isti havada oynamağınız xeyrinizə deyildi. Həmin duruma necə uyğunlaşdınız?
- Biz bilirdik ki, Azərbaycan qeyri-münasib rəqibdir. Xüsusilə də onların meydanında çətin olub. Düşünürdük ki, orada xallar qazana bilərik. Biz rəqibə yuxarıdan aşağı baxmadıq və qiymətli qələbə əldə etdik. Əksər futbolçular ağır mövsüm keçirdikdən sonra bu qarşılaşmada da yaxşı oynadılar.

- Trnavada keçiriləcək görüşdə nə daha vacibdir?
- İlk növbədə rəqibi qiymətləndirməməkdən uzaq olmalıyıq. Düşünməməliyik ki, səfərdə onları udmuşuqsa, Azərbaycanı məğlub etmək heç nədir. Qarşılaşmaya məsuliyyətlə yanaşmalıyıq. Bizim hədəfimizin olması komandaya kömək etməlidir.

- Bu matça zehni olaraq necə hazırlaşırsız?
- Çox düşünmək lazım deyil. Əsas mübarizə aparmalıyıq. Bu, bizim mübarizədir və onun öhdəsindən gəlməliyik. Yalnız oyundan sonra Uels – Macarıstan görüşünün nəticəsi barədə düşünə bilərik. Bu nəticə bizim AVRO-2020-də oynamağımıza təsir edə bilər.

- Azərbaycan yığmasının hansı güclü və zəif tərəfləri var?
- Rəqibin futbolçuları qaçmaq, mübarizə aparmaq bacarığına malikdir. Onların ön xətdə fərdi ustalığa malik bir neçə oyunçusu var ki, komandanı arxasınca aparmaq gücündədirlər. Hesab nə qədər onların istədiyi kimi qalsa, bir o qədər istəkli olacaqlar. Buna görə də bizə erkən qol çox vacibdir.

- Azərbaycanla Trnavada qarşılaşacaqsız. Buna necə yanaşırsız? 
- Bu stadion çox gözəldir. Seçmə mərhələni qələbə ilə bəzəsək, lap yaxşı olar.

- Arenada hansı ab-hava gözləyirsiniz?
- Həmişəki atmosferin olacağını düşünürəm. Son oyunumuz olduğundan tribunaların dolacaq. Onlar bizi dəstəkləyəcək ki, üç xalı birlikdə qazanaq.

- Dostlarınız və ailə üzvlərinizdən sizdən çox bilet istəyiblər?
- Belə müraciətlər həmişəkindən çox idi. Futbola marağı hiss etmək xoşdur. Çünki biz azarkeşlər üçün oynayırıq.