12:54 20-11-2019
news_image
32
AVRO-2020

“Azərbaycana qalib gəlsək də...” - Pekarik

“Seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdik. Çünki Avropa çempionatına birbaşa vəsiqə qazanmaq imkanımız var idi”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Peter Pekarik deyib.

Təcrübəli müdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla görüşü barədə fikirlərini açıqlayıb. O, 2:0 hesablı qələbə ilə final mərhələsinə yüksələ bilmədiklərinə heyfsiləndiyini qeyd edib: “Qalib gəlməyə nail olduq. Təəssüf ki, birbaşa vəsiqə qazana bilmədik. Lakin ikinci şansdan yararlanmağa çalışacağıq. Böyük ehtimalla rəqibimiz İrlandiya olacaq. Biz bənzər üslubda çıxış edən Uelslə görüşlərdə xal itirmişdik. Ona görə bu matçlara yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Slovakiya AVRO-2020-nin pley-offunda mübarizə aparacaq.