15:40 20-11-2019
news_image
87
TOKİO-2020

Tokio-2020: Olimpiadanın stadionu hazırdır

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının əsas stadionunun tikintisi başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın Təşkilat Komitəsi bu idman qurğusunun da dördilliyin mötəbər turnirinə hazır olduğunu açıqlayıb.

Bunadək gimnastika yarışlarını qəbul edəcək “Ariake Gymnastics Centre”nin də tikintisi başa çatmışdı. Təşkilatçılar daha iki idman qurğusunun yaxın zamanda hazır olacağını planlaşdırır.

Voleybolçular üçün inşa olunan “Ariake Arena” bu ilin dekabrında təhvil verilməlidir. Su idman növləri mərkəzi isə 2020-ci ilin fevralında hazır olacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.