12:32 21-11-2019
news_image
66
TOP OYUNLARI

Azərbaycan yığmaları yeni formatlı Avropa Liqasında mübarizə aparacaq

Voleybol üzrə Avropa Liqası yarışının əsasnaməsində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, yeni mövsümdən yarış fərqli formatda təşkil olunacaq.

Belə ki, Avropa Voleybol Konfederasiyası yarışda iştirak edən yığmaları reytinqə əsasən liqalara bölünəcək. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqası, nisbətən aşağı olanlar isə Gümüş Avropa Liqasında mübarizə aparacaq.

Azərbaycanın qadın voleybolçulardan ibarət komandası Qızıl Avropa Liqasında qüvvəsini sınayacaq. Kişilər isə daha aşağı statuslu Gümüş Avropa Liqasında çıxış edəcək.

Qeyd edək ki, əvvəlki illərdə yığmalar hansı turnirdə oynayacağına özləri qərar verirdi.