14:35 21-11-2019
news_image
45
DİGƏR NÖVLƏR

Azərbaycan Dünya Kubokuna 4 idmançı ilə yollanır

Noyabrın 22-də Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Dünya Kubokunun mərhələ yarışı start götürəcək. 

Azərbaycan Qılıncoynatma Federasiyasından apasport.az saytının verilən məlumata görə, 3 gün davam edəcək yarışa milli komandamız da qatılacaq. 

Dünya Kubokunda sablya üzrə yığmanın üzvləri Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova çıxış edəcəklər. Baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında mübarizə aparacaq idmançılar həm şəxsi, həm də komanda yarışında təmsil olunacaq.