16:42 22-11-2019
news_image
66
DİGƏR NÖVLƏR

Milli Paralimpiya Komitəsi loqosunu dəyişdi

Azərbaycan Milli Paralimpiya Komitəsinin loqosunu dəyişib. 

Apasport.az saytının məlumatına görə, yeni rəmz bu gün ictimaiyyətə təqdim edilib. 

Komitənin prezidenti İlqar Rəhimov bildirib ki, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatı üçün hazırlanan loqo bundan sonra qurumun da simvolu sayılacaq: “Loqo ilkin baxışdan sadə görünür. Lakin sadə olduğu qədər mürəkkəb və böyük mənaları özündə daşıyır. Həmçinin Paralimpiyanın ruhunu əks etdirir". 

Komitə prezidentinin sözlərinə görə, loqonun mərkəzindən yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu özündə əks etdirir. Alov Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissəsində isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvoludur.

Loqonun ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçının uğurlu gələcəyidir.