10:55 23-11-2019
news_image

"Böyük Dəbilqə": İkinci gündə də medal olmadı

Cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. 

Apasport.az saytının məlumatına görə, Yaponiyanın Osaka şəhərində keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub. 

İlk gündə olduğu kimi, yenə cüdoçularımız mükafatçılar sırasına düşə bilməyiblər. 81 kq çəkidə qüvvəsini sınayan Murad Fətiyev qırğızıstanlı Vladimir Zoloyev qarşısında aciz qalıb. Rəqib 82 saniyəyə ipponla qalib gəlib. 

Milliləşdirilmiş legioner Aleksandra-Larisa Florian da startda məğlubiyyətə üzülüb. O, yaponiyalı Tsukasa Yoşidaya ipponla uduzub. Digər cüdoçumuz İçinxorlu Munxtsedev isə honkonqlu Sum Po Leunqa qalib gəlsə də, ardınca Çin Taypeyindən olan Çen-Linq Lienə məğlub olub. 

Beləliklə, "Böyük Dəbilqə"yə 13 idmançı ilə yollanan milli komandanın 10 üzvü çıxışını başa vurub. Digər 3 cüdoçumuz isə sabah tatamiyə çıxacaqlar.