23:51 23-11-2019
news_image
44
DİGƏR NÖVLƏR

Azərbaycanın ən güclüləri bilindi

Badminton üzrə Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 1 saylı idman liseyinin badminton zalında 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo birinci olub. Ezmi Qovimuramadhoni və Orxan Qələndərov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.

Qadın badmintonçuların şəxsi yarışında ən güclü adını Nigar Əliyeva qazanıb. Fidan Salmanova ikinci, Zülfiyyə Hüseynova üçüncü yeri tutub. 

Kişilərin qoşa yarışında Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov cütlüyü qalib olub. Kənan Rzayev-Səbuhi Hüseynov ikinci, Rəvan Niftəliyev-Aqil Qəbilov isə üçüncü pillədə qərarlaşıblar. 

Qadınların qoşa yarışında Azərbaycan çempionu adına Nigar Əliyeva-Nərmin Şərifova layiq görülüb. Mədinə Nağıyeva-Fatimə Əşrəfova gümüş, Adilə Mehdiyeva-Alla Vlasyuk bürünc medal qazanıb. 

Qarışıq-qoşa yarışlarında Səbuhi Hüseynov-Zülfiyyə Hüseynova qələbəni bayram edib. Rəvan Nifətliyev-Nigar Əliyeva bu kateqoriya üzrə ikinci, Cahid Əlhəsənov-Anna Jeleznyak isə üçüncü yeri tutub. 

Qeyd edək ki, Azərbaycan çempionatında 38 qadın və 58 kişi badmintonçu yarışıb. Bakı ilə yanaşı, Quba, Qusar, Gəncə və Lənkərandan rekord sayda 30 badmintonçu ölkə çempionatının iştirakçısı olub.