00:00 24-11-2019
news_image
98
DİGƏR NÖVLƏR

Dünya Kubokunda ən yaxşı göstəricimiz - 15-ci yer

Azərbaycan milli komandasının qılıncoynadanları Fransanın Orlean şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştiraklarını başa vurublar. 

Apasport.az saytının məlumatına görə, sablyaçıların mübarizəsində təmsilçilərimizdən ən yaxşı nəticəni Səbinə Kərimova göstərib. 

1/8 finaladək irəliləyən idmançı yerli Manun Bruna uduzub (11:15) və yekun sıralamada 15-ci sırada qərarlaşıb.

Digər sablyaçılarımızdan Anna Başta 1/32, Sevil Bünyatova və Valeriya Bolşakova isə pley-offda məğlubiyyətə üzülüblər.