14:41 24-11-2019
news_image

Elmar Qasımov finalda uduzdu - 13 cüdoçuya 1 medal

Yaponiyanın Osaka şəhərində cüdo üzrə keçirilən "Böyük Dəbilqə" turniri başa çatıb. 

Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisi 1 medal qazanıb. 

Kişilərin mübarizəsində 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz yarışın gümüş medalını qazanıb. 

Ondan fərqli, bu gün tatamiyə çıxan Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) məğlubiyyətə üzülüblər. 

Beləliklə, Azərbaycan yığması 13 cüdoçu ilə qatıldığı "Böyük Dəbilqə"ni 1 gümüş medalla bitirib.