19:51 24-11-2019
news_image
134
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Almaniyaya qalib gəldi, 11-ci oldu

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Fransanın Orlean şəhərində keçirilən Dünya Kubokunda komandalararası mübarizədə qüvvəsini sınayıb. 

Apasport.az saytının məlumatına görə, ilk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn yığma 16 ən güclü yığma sırasına yüksəlib. 

"16-lıq"da Fransa millisi ilə qarşılaşan komandamız güclü rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də, 9-cu yer üçün görüşdə ABŞ komandasına 35:45 hesabı ilə məğlub olub. 

Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət kollektiv 11-ci yer uğrunda görüşdə Almaniya yığmasına 45:38 hesabı ilə qalib gəlib.