21:39 24-11-2019
news_image

Tayfur Əliyevdən asan qələbə

Azərbaycan çempionatının üçüncü günündə 20 döyüş olub

Apasporyt.az saytının məlumatına görə, kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 

29 komandanın iştirakı ilə 109 idmançının qatıldığı yarışın üçüncü günündə 20 döyüş keçirilib.

57, 69, 75 və +91 kq çəki dərəcələrində baş tutan qarşılaşmalardan sonra mərhələ adlayan boksçuların adları bəlli olub. Çempionatın üçüncü günü Azərbaycan millisinin üzvləri yenə asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Tayfur Əliyev (57 kq) növbəti dəfə rinqdən qalib ayrılıb. Həmçinin Amin Kuşkov (75 kq) isə rəqibi döyüşə gəlmədiyindən qalib elan olunuv.


Azərbaycan çempionatı
III günün nəticələri

57 kq
Afat Babayev (Siyəzən) - Tayfur Əliyev ("Sədərək" İK) - birinci döyüşü davam etdirə bilməyib
Fuad Tarıverdiyev ("Qızıl əlcək" İK) - Nurlan Səfərov (BFL) - 4:1
Ramazan Abdullayev (MOİK) - Kənan Əliyev ("Sədərək" İK) - 1:4
Polad Hüseynov (Z-1) - Ümid Rüstəmov (DİN İK) - 0:5

69 kq
Nicat Həsənov (BFL) - Səbuhi Abışov (MOİK) - 3:2
Vüsal Əliyev (Sumqayıt) - Elçin Nuriyev (MOİK) - birinci tam üstünlüklə qalib gəlib
Laçın Balakişiyev ("Gömrükçü" İK) - Məmməd Əliyev - ikinci tam üstünlüklə qalib gəlib
Röyal Buludov ("Neftçi" İK) - Səlim Səlimov (DİN İK) - 5:0
Sərxan Əliyev (MOİK) - Emin Binnətəliyev ("Qəbələ" İK) - birinci tam üstünlüklə qalib gəlib
Orxan Xasməmmədov (DİN İK) - Xakid Yaqubzadə ("Neftçi" İK) - birinci döyüşü davam etdirə bilməyib
Ruslan Rəhmanov (Lənkəran) - Elməddin İsmayılov (MOİK) - ikinci tam üstünlüklə qalib gəlib
Niyaməddin Allahverdiyev ("Qəbələ" İK) - Pərvin Heydərov ("Qızıl əlcək" İK) - ikinci döyüşü davam etdirə bilməyib

75 kq
İsmayıl Hüseynov (MOİK) - Rasim Çobanlı (DİN İK) - ikinci döyüşə gəlməyib
Amin Kuşkov ("Sədərək" İK) - Səməd Həsənzadə (Sabirabad) - ikinci döyüşə gəlməyib
Fərid Qəribov ("Qızıl əlcək" İK) - Rüfət Nəbiyev (MOİK) - birinci tam üstünlüklə qalib gəlib
Hacı Dilbazov (MOİK) - Mirəşrəf Kazımzadə (DİN İK) - 0:5

+91 kq
Asəf Aslanlı (DİN İK) - Rauf Hacıyev (Sumqayıt) - ikinci döyüşə gəlməyib
Fuad Cəfərov (DİN İK) - Vaqif Bəşirov ("Neftçi" İK) - ikinci döyüşü davam etdirə bilməyib
Şahin Musayev ("Neftçi" İK) - Gülhüseyn Ağazadə (DİN İK) - ikinci tam üstünlüklə qalib gəlib
Gülyar Rüstəmli (Ağdaş) - Elşən Hüseynov ("Qızıl əlcək" İK) - ikinci tam üstünlüklə qalib gəlib