12:23 25-11-2019
news_image
249
TOP OYUNLARI

Azərbaycan yığmasının kapitanı “Jakarta”da - EKSKLÜZİV

Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını İndoneziyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu “Jakarta” klubu ilə müqavilə bağlayıb. 

O, azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdıracağı paytaxt təmsilçisi ilə 1 illik anlaşıb. Bununla da yığmanın kapitanı ilk dəfə Avropadan kənarda çıxış edəcək. Hücumçu daha öncə Türkiyə və İtaliyada da legioner həyatı yaşayıb. Onun son klubu “Çyeri” olub. 

İndoneziya təmsilçisinin idman geyimi üzrə tərəfdaşı isə Azərbaycanın ilk idman brendi “İl Azero” şirkətidir.