01:44 26-11-2019
news_image
65
AVRO-2020

AVRO-2020 Rusiyada keçirilməyə bilər

Ümumdünya Antidopinq Agentliyinin  (WADA) Rusiyanı bütün böyük yarışların təşkili hüququndan məhrum edə bilər.

Apasport.az saytının məlumatına görə, qurumun Uyğunluq üzrə komitəsi belə bir tövsiyə ilə çıxış edib.

WADA-nın İcraiyyə Komitəsinin dekabrın 9-da baş tutacağı iclasda bu tövsiyəyə baxılacaq. Uyğunluq üzrə komitə rusiyalı idmançılara 4 illik cəza ilə yanaşı, rəsmi şəxsləri beynəlxalq turnirlərə buraxmamağı da tövsiyə edib.

Rusiyanın keçirmək hüququndan məhrum ola biləcəyi ilk böyük yarış AVRO-2020-dir. Sankt-Peterburq final mərhələsinin 4 oyununa ev sahibi olmalıdır.