16:49 26-11-2019
news_image
66
TOP OYUNLARI

“Lokomotiv” yoxlama oyununda qalib gəldi

Qadın voleybolçulardan ibarət “Lokomotiv” və “Abşeron” klubları yoxlama matçı keçiriblər. 

Apasport.az saytının məlumatına görə, Super Liqaya hazırlaşan komandalar Voleybol Mərkəzində üz-üzə gəliblər. 

Görüş “dəmiryolçular”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Azərbaycan çempionatlarının başlama vaxtı hələ də dəqiqləşməyib.