23:12 26-11-2019
news_image

Finalçılar bəllidir - Azərbaycan çempionatında

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 

Apasport.az saytının məlumatına görə, 29 komandanın 109 boksçusunun iştirakı ilə təşkil edilən yarışın V günündə yarımfinal görüşləri baş tutub.

8 çəki dərəcəsində 16 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionat sabah başa çatacaq. 8 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 14:00-da start veriləcək.


Azərbaycan çempionatı
V günün nəticələri
52 kq

Ramazan Babayev ("Gömrükçü" İK) - Yadigar Əliyev (DİN İK) - 0:5
Salman Əlizadə ("Sədərək" İK) - Maqsud Xasmetov ("Abşeron" İK) - 2:3

57 kq
Tayfur Əliyev ("Sədərək" İK) - Fuad Tarıverdiyev ("Qızıl əlcək" İK) - 5:0
Kənan Əliyev ("Sədərək") - Ümid Rüstəmov (DİN İK) - birinci döyüşə gəlməyib 

63 kq
Ruslan Rüstəmov (DİN İK) - Malik Həsənov (DİN İK) - 5:0
Kamran Orucov (Z-1) - Cavid Çələbiyev ("Qəbələ" İK) - birinci döyüşü davam etdirə bilməyib

69 kq
Vüsal Əliyev (Sumqayıt) - Röyal Buludov ("Neftçi" İK) - ikinci döyüşə gəlməyib
Sərxan Əliyev (MOİK) - Elməddin İsmayılov (MOİK) - 5:0

75 kq
İsmayıl Hüseynov (MOİK) - Amin Kuşkov ("Sədərək" İK) - ikinci tam üstünlüklə qalib gəlib
Fərid Qəribov ("Qızıl əlcək" İK) - Mirəşrəf Kazımzadə (DİN İK) - ikinci tam üstünlüklə qalib gəlib  

81 kq
Cəbrayıl Yelekov ("Sədərək" İK) - Cabbar İsmayılov (Sumqayıt) - birinci tam üstünlüklə qalib gəlib
Kamran Muradov (DİN İK) - Sürət Qarayev (DİN İK) - ikinci tam üstünlüklə qalib gəlib

91 kq
Rauf Rəhimov ("Neftçi" İK) - Eldar Quliyev ("Sədərək" İK) - 5:0
İsmayıl Yaqubov ("Sədərək" İK) - Sadiq Səmədov ("Qəbələ" İK) - 1:4

+91 kq
Asəf Aslanlı (DİN İK) - Fuad Cəfərov (DİN İK) - ikinci döyüşə gəlməyib
Gülhüseyn Ağazadə (DİN İK) - Elşən Hüseynov ("Qızıl əlcək" İK) - 5:0