12:06 27-11-2019
news_image
795
FUTBOL

“Qarabağ”dan geriyə addım

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyun günü klubların UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyinə təsir edib.

Avropanın ən güclü 100 komandası sırasında yer alan yeganə təmsilçimiz mövqeyini əldən verib. Qurban Qurbanovun yetirmələri 20,000 xalla artıq qitənin 71-ci komandasıdır.

Hərçənd dünən keçirilən matçlara qədər “Qarabağ” yeddinci “onluq”da yer alırdı. 70-ci olan Ağdam klubunun bir pillə geriləməsinə “Atalanta” səbəb olub.

Öz meydanında Zaqreb “Dinamo”sunu 2 cavabsız qolla məğlub edən İtaliya təmsilçisi xallarını 20,500-ə çatdırıb. Nəticədə berqamolular “Styaua” ilə 69-70-ci yerləri bölüşürlər.

Qeyd edək ki, siyahıdakı digər Azərbaycan klublarından “Qəbələ” 7,500 xalla 142-ci, “Neftçi” 3,750 xalla 270-cidir. 3,700 xala malik “Səbail”, “Zirə”, “Kəpəz” və “Keşlə” 280-ci yeri bölüşür.