09:41 28-11-2019
news_image
48
TOP OYUNLARI

Azərbaycanlı hücumçu bombardirlər siyahısında ikincidir

16 yaşadək qızlar ibarət Şərqi Avropa Voleybol Zonaları Assosiasiyaları (EEVZA) çempionatının qrup mərhələsinin statistikası açıqlanıb. 
 
Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışın bombardirləri sırasında Azərbaycan millisinin hücumçusu Fidan Tağıyeva da yer alıb. 

15 yaşlı voleybolçu yığmamızın uğursuz çıxış etdiyi çempionatda top sayında ikinci yerdə qərarlaşıb. O, məğlub olduğumuz 4 oyunun 13 setində 52 xal toplayıb. Tağıyeva siyahıda yalnız danimarkalı Stenholt Krogdan geri qalır. O, həmyerlimizi 1 xal qabaqlayır. 

Tağıyeva hücumdakı effektivliyə görə isə birincidir. Voleybolçumuz 52 xaldan 46-nı məhz hücumda qazanıb. 

Qeyd edək ki, Ukrayna, Gürcüstan, Rusiya və Latviya ilə A qrupunda yer alan Azərbaycan yığması yarışı xalsız bitirib.