00:30 29-11-2019
news_image
168
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov sağlamlığındakı problemlər səbəbindən Qran-Pridən imtina etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Qran-Prinin IV mərhələsində iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, qrossmeysterin İsrailin Yerusəlim şəhərində təşkil olunacaq turniri buraxmasına səbəb sağlamlığında problemlərin yaranmasıdır.

O, artıq yarışda iştirakdan imtina edib. T.Rəcəbovu turnirdə kimin əvəzləyəcəyi turnir öncəsi dəqiqləşəcək. Zəruri tibbi araşdırma aparan FİDE şahmatçının müraciətinin əsassız olmadığına əminliyini təsdiqləyib.

Qeyd edək ki, mərhələ yarışı dekabrın 11-23-də olacaq.