22:13 01-12-2019
news_image

Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdır

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Apasport.az saytının məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst Azərbaycan güləşçiləri bir dəst medal qazanıblar. 

Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Saqadulla Ağayev (92 kq) gümüş, Ayxan Mərdanov (110 kq) isə bürünc medalı boynundan asıb.