10:10 02-12-2019
news_image
45
FUTBOL

"Qvardiola futbolu hamıdan yaxşı bilir, Zidan isə..." - Xabi Alonso

İspaniyanın "Real Sosyedad" klubunun gənclər komandasının baş məşqçisi Xabi Alonso “L’Equipe” nəşrinə müsahibəsində müxtəlif klublarda çıxış edərkən, məşqçisi olan mütəxəssislər haqqında fikirlərini bölüşüb.
 
Apasport.az saytının məlumatına görə, sabiq yarımmüdafiəçi işlədiyi çalışdırıcıların üstün tərəflərindən danışıb.

O bildirib ki, Zinəddin Zidan fövqəladə bir nümunədir: “Digərlərinə hörmətlə yanaşan, tamamilə fərqli səviyyədir. İki il yarım ərzində "Real"da üç Çempionlar Liqasını qazandı. Bu, inanılmazdır”.

Alonso Joze Mourinyonun onu heyrətləndirdiyini vurğulayıb: "Onun oyunları necə oxuduğunu, vəziyyətin tələb etdiyi zaman cavab vermək və tədbir görmək bacarığı məni heyrətləndirirdi".

“Real”ın sabiq futbolçusu Pep Qvardiolanı isə dahi sayır: "Heç kim futbolu Qvardiola kimi bilmir. Çox ağıllıdır, komandalara və çempionatlara bələddir. Onunla danışmağa başlayanda heyrətamiz şeylər eşidirsən”.

“Liverpul” və “Bavari”ya da da çıxış etmiş ispaniyalı Jürgen Kloppun komanda daxilində digərlərindən fərqləndiyi qənaətindədir: “Onun güclü xarizması var. Hər oyunun sonunda oyunçularla yaxşı münasibətlərinin olduğunu görə bilərsiniz. Oyunçular arasında sıx bir emosional əlaqə yaratmağı bilir. Bu məşqçi üçün çox vacibdir".