20:41 02-12-2019
news_image
673
FUTBOL

“Marafon”dan revanş, “Xızı Futzal” oyuna çıxmadı - YENİLƏNİB

Bu gün futzal üzrə Yüksək Liqada X turun oyunları keçirildi.

Apasport.az saytının məlumatına görə, ikinci dövrənin ilk oyununda lider “Araz”la “Baku Fire” üz-üzə gəldi.

Bu komandalar arasında keçirilmiş görüşdə “Araz” 4:1 hesablı qələbə qazansa da, debütant təcrübəli rəqibinə kifayət qədər həyəcanlı dəqiqələr yaşadıb. Bu dəfə isə hesab erkən açıldı. Hadi Ahmadi qapıçının təcrübəsizliyindən yararlandı. Ardınca “Araz”ın digər Hadisi qol sevinci yaşayıb. Düzdür, nominal meydan sahibləri Rauf Rüstəmovla fərqi minimuma endirib. Murilo yenidən rəqib torunu silkələməklə 2 toplu fərqi bərpa edib. Buna qədər Rasif Səfiyarov status-kvonu bərpa etmək şansını qaçırıb. Fasiləyə qədər “Araz” fərqi bir qədər də artırıb. Yeri gəlmişkən, zədə üzündən Rizvan Fərzəliyev və Ramiz Çovdarov “Araz”a kömək edə bilməyib. İkinci hissədə də komandalar hərəyə birinci hissədəki qədər qol vurub.

Turun mərkəzi oyununda “ilk 4-lüy”ə iddialı “Neftçi” və “Marafon” komandaları üz-üzə gəlib. Görüşdə “Neftçi” cəzalı Rüfət Balakişiyevin və zədəli Elnur Zamanovun xidmətindən yararlana bilməyib. “Marafon” isə Sadiq Cavidin yoxluğunu Aleksandr Dovqanla doldurub. İlk təhlükəli hücumu “Marafon” yaradıb. Seymur Məmmədovun zərbəsindən sonra top dirəyə dəyib geri qayıdıb. Ancaq 3-cü dəqiqədə pressinq tətbiq etməklə topu ələ keçirən nominal qonaqlar Borisovla hesabı açıb. Az sonra Məmmədov iki oyunçudan sıyrılıb qapıçı ilə üzbəüz qalsa da, yenə şansını qaçırıb. Elə rəqib “cəbhə”dən Kənan Manafov da “çərçivə”yə düşməyib. Ardınca Baxşəlizadə Həsənzadəni məğlub edə bilməyib. Epizodların birində Oruc Tofiq Mikayılovun zərbəsindən sonra topu qapı xəttindən çıxarıb. Fasiləyə 15 saniyə qalmış Borisov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə fərqi 2 top çatdırıb. İkinci hissəyə nominal meydan sahibləri qolla başlayıb. Emil Həsənzadə fərqi minimuma endirməklə intiriqanı da artırıb. Ancaq Abdullazadənin yetirmələri 34-cü dəqiqədə yenidən rəqibin fərqlənməsinə üzülüb. Bu dəfə Məstiyev rəqib torunu silkələyib. Yekunda 3:1 hesabı ilə qalib gələn “Marafon” I dövrədəki yenilginin də revanşını almış olub.

EKOL - “Premier” duelində favorit qələbə qazanıb. Hərçənd debütant təcrübəli rəqibinə kifayət qədər müqavimət göstərməyi bacarıb.

Növbəti oyun nominal qonaqların məhsuldarlığı ilə yadda qalıb. “Tələbələr” fasiləyə qədər 6 cavabsız top vurub. İkinci hissədə rəqibinə cəmi bir dəfə fərqlənmək imkanı verən “Bakı” TFK yekunda böyükhesablı qələbə qazanıb.

Turun son oyunu baş tutmayıb. “Xızı Futzal” təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

“Baku Fire” – “Araz” - 2:10
2 dekabr. Bakı İdman Sarayı. Saat 12:00
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, İsgəndər Əliyev
Qollar: Rauf Rüstəmov, 05:26, Reza Tolouei, 20:41 // Hadi Ahmadi, 01:25, Hadi Rezvan, 02:39, 25:52, Murilo Borges Souza, 09:44, 17:33, 26:44, Nihad İsmayılov, 16:35, 33:50, Xətai Bağırov, 36:28, Amir Shojaei, 37:51
Sarı vərəqələr: İbrahim Zeynalov, 29:13, Renat Sultanov, 31:05 // Xətai Bağırov, 13:10, Amir Shojaei, 25:02, Rövşən Hüseynli, 28:36
 
“Neftçi” – “Marafon” - 1:3
2 dekabr. Bakı İdman Sarayı. Saat 14:00
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Elmir Quluzadə
Qollar: Emil Həsənzadə, 21:44 // Vitali Borisov, 02:28, 19:45, Sərxan Məstiyev, 33:10
Sarı vərəqələr: Tural İsmayılov, 13:22, Adil İsmayılov, 25:32, Vahib Xocayev, 35:16
 
EKOL - “Premier” - 4:1
2 dekabr. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Ramiz Məhərrəmov, Rahin Heybətov, Fuad Həsənov
Qollar: Fərid Ələkbərov, 08:15, Talebmohammad Arabpour, 08:50, Namiq Məmmədkərimov, 25:15, Əsgər Abasov, 37:28 // Vüqar Asaliyev, 09:44
 
“Yasamal” – “Bakı” - 1:8
2 dekabr. Bakı İdman Sarayı. Saat 18:00
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Mahir Məmmədov
Qollar: Əlimirzə Daşzərini, 26:20 // Fərid Səmədzadə, 02:50, Emin Abbasov, 03:50, 08:59, Elvin Adışırinli, 06:35, 16:34, 18:38, 27:11, Tural Lətifov, 31:58
Sarı vərəqələr: İbad Məmmədov, 22:08 // Məhəmməd Bədəlbəyli, 28:26
 
“Record club” – “Xızı Futzal”
“Xızı Futzal” komandası təyin olunmuş vaxtda meydana çıxmayıb.
2 dekabr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Ramil Namazov, Elvin Ağayev, Hacıəli Ağayev

1 Araz 10 10 0 0 70-15 30
2 EKOL 10 8 0 2 51-28 24
3 Neftçi 10 7 0 3 45-34 21
4 Marafon 9 6 0 3 48-23 18
5 Baku Fire 9 5 1 3 28-27 16
6 Premier 10 4 0 6 29-42 12
7 Bakı 10 3 1 6 32-46 10
8 Xızı Futzal 9 2 0 7 26-54 6
9 Record club 9 2 0 7 29-44 6
10 Yasamal 10 0 0 10 28-73 0