10:50 02-12-2019
news_image
964
FUTBOL

“Qarabağ”a lazım olmayan futbolçuya daha bir elçi

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçevi heyətində görmək istəyən daha bir komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Polşanın “Lex” klubu qış transfer pəncərəsində bolqarıstanlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Bunadək vətənində “Levski”nin maraq dairəsinə düşən futbolçunun adı Türkiyə, Portuqaliya və Rusiya klubları ilə də hallanır. Lakin bunun üçün S.Slavçev azad agent statusu almalıdır. Uzun müddətdir heyətə düşməyən legionerin klubla müqaviləsinə qışda qarşılıqlı razılaşma ilə pozacağı gözlənilir.

Qeyd edək ki, əvvəllər də Polşada oynamış S.Slavçev “Lexiya”nın şərəfini qoruyub.