12:53 02-12-2019
news_image
48
AVRO-2020

İsveçrə yığmasının AVRO-2020 narahatçılığı

AVRO-2020-nin final mərhələsində qrupdakı iki oyununu Bakıda keçirəcək İsveçrə yığmasının üzləşdiyi problem bəlli olub.

Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyasının prezidenti Dominik Blan onları narahat edən çətinliyi açıqlayıb.

O bildirib ki, qrup matçlarının keçirildiyi Roma və Bakı arasında məsafənin böyüklüyü ilə saat fərqi çətinlikdir: “Qrupda üzləşdiyimiz yeganə problem uçuşun uzun olması və saat fərqidir”.

Qeyd edək ki, Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq.