15:06 02-12-2019
news_image
61
AVRO-2020

Rəqib tapmayan Fransa dərdə “dərman” ola bilər - yığmamızın

Fransa milli komandası AVRO-2020 ərəfəsində çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, son dünya çempionu yoxlama oyunları üçün sınaqçı rəqib tapa bilmir.

Almaniya və Portuqaliya kimi nəhənglərlə birlikdə “Ölüm qrupu”a düşən Didye Deşamın yetirmələri üçün yarışöncəsi güclü rəqiblərlə qarşılaşmaq vacibdir. Amma iddialı komandalar Fransa ilə üz-üzə gəlmək istəmir.

Bir neçə yığma dünya çempionu ilə qarşılaşmaq təklifindən imtina edib. Onlar arasında güclü Belçika da var. Hərçənd sonuncularla martda yoxlama oyununun keçirilməsi barədə ilkin razılıq da olmuşdu. Amma belçikalıların baş məşqçisi Roberto Martines bu görüşün keçirilməməsini istəyib.

İmtinanın səbəbi isə sadədir. Heç bir milli AVRO-2020 ərəfəsində məğlub olmaq, psixoloji durumunu pisləşdirmək riski ilə üz-üzə qalmaq istəmir.

AVRO-2020-nin final mərhələsinin iştirakçıları arasında rəqib tapmayacağı halda Fransa millisi qitənin zəif komandaları ilə görüşmək məcburiyyətində qala bilər. Bu, rəqib tapması xroniki xəstəliyinə çevrilən Azərbaycan yığması üçün də güclü rəqiblə üz-üzə gəlmək perspektivi yaradır.