16:04 02-12-2019
news_image

Yığma təlim-məşq toplanışına başladı

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub. 

Yığma ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.