22:21 02-12-2019
news_image
47
FUTBOL

“Səbail”lə “Qarabağ” eyni deyil" - Jelko Sopiç

“Necə rəqibə qarşı oynayacağımızı bilirdik. Müdafiədə yaxşı çıxış etməliydik. Çünki “Qarabağ keyfiyyətli oyunçulardan qurulub”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Sabah”ın baş məşqçisi Jelko Sopiçə məxsusdur. Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

 Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Sopiç debüt matçını dəyərləndirib: “Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidir. Bu, müzakirəsiz belədir. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi  yoxdur. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. Çünki meydanda əllərindən gələni etdilər”.

- Ötən turda “Sabah”ın qələbəsində böyük rol oynayan Hendrik Ekşteyn və Ulise Diallo bu gün ehtiyatdan meydana daxil oldular. Bunun səbəbi nə idi?
- Bu taktikanı seçmişdim. Çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. “Səbail”ə də, digərlərinə də hörmət edirəm. Amma “Səbail”lə “Qarabağ” eyni deyil. Məsələn, İspaniya çempionatında “Xetafe” ilə “Real” və “Barselona”ya qarşı eyni taktika ilə çıxa bilməzsən.

- Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdiniz, burda məqsədiniz nədi?
- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. “Qarabağ”ın avrokuboklardakı, “Neftçi”nin çempionat oyunlarına baxmışdım. Yurçeviç və Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm. Limit məsələsini bilirəm. Amma bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan uşaqlar da ürəklərini ortaya qoydular. Rəqib məşqçini də təbrik etmək lazımdır. Çünki onlar meydanda daha uğurlu oldular. O ki qaldı məqsədə, “Sabah”ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. “Sabah”ın öz stilinin olmasını arzulayıram.