23:53 02-12-2019
news_image
32
FUTBOL

De Liqt ilin ən yaxşı gənc futbolçusudur

2019-cu ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.

Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb.

Bu mükafat Niderland yığmasının və “Yuventus”un futbolçusu Matiys de Liqtə verilib. Qalibi Killian Mbappe təltif edib.