10:44 03-12-2019
news_image
65
FUTBOL

Azərbaycanlı jurnalist “Qızıl top” mükafatının “beşliy”ini düzgün tapdı

“Qızıl top” mükafatının səsverməsində Azərbaycanı təmsil edən jurnalist Rasim Mövsümzadənin səs verdiyi futbolçular müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “France Football” nəşrinin sorğularının daimi iştirakçısı olan həmyerlimizin səs verdiyi 5 oyunçu yekun sıralamada da ilk “beşlik”də qərarlaşıb.

R.Mövsümzadə İngiltərənin “Liverpul” klubu ilə Çempionlar Liqasının qalibi olan üç futbolçunu ön sıralara layiq görüb. O, niderlandlı Vircil van Diyki 1-ci, seneqallı Sadio Maneni 2-ci, misirli Məhəmməd Salahı 3-cü yerdə göstərib. Həmkarımızın seçimində argentinalı Lionel Messi (“Barselona”) 4-cü, portuqaliyalı Kriştianu Ronaldo (“Yuventus”) 5-ci olub.

Azərbaycan təmsilçisi sonda ilk “beşlik”də qərarlaşanların adlarını düzgü müəyyənləşdirsə də, yekun sıralamadakı yerləri fərqli olub. “France Football”ın səsverməsində L.Messi 1-ci, V.Van Diyk 2-ci, K.Ronaldo 3-cü, S.Mane 4-cü, M.Salah 5-ci pilləni tutub.

Qeyd edək ki, Argentina millisinin hücumçusu 6-cı dəfə “Qızıl top”a layiq görülüb.