12:08 03-12-2019
news_image
103
FUTBOL

“Qalatasaray” “Liverpul”un futbolçusunu icarəyə götürür

Türkiyənin “Qalatasaray” klubunun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu Cerdan Şakirini İngiltərə “Liverpul”undan icarəyə götürmək niyyətindədir.

Fatih Terimin komandası 28 yaşlı isveçrəli yarımmüdafiəçini mövsümün sonunadək heyətində görmək istəyir. C.Şakirinin “Liverpul”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Liverpul”da heyətə düşə bilməyən futbolçu cari mövsümdə bütün turnirlərdə üst-üstə 4 oyun keçirib.