12:48 03-12-2019
news_image

Dünyanın ən güclülərinin yarışına qatılacaq yığmamızın heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu dekabrın 12-14-də Çinin Tsindao şəhərində keçiriləcək “Masters” yarışında 11 idmançını sınaqdan keçirməyə qərar verib. 

Dünyanın ən güclülərinin qatılacağı turnirdə Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və İrina Zaretska (+78 kq) tatamiyə çıxacaq. 

“Masters”də 69 ölkədən 471 (246 kişi, 225 qadın) idmançının iştirakı gözlənilir. 

Qeyd edək ki, milli komanda hazırda Yaponiyada təlim-məşq toplanışındadır.