13:06 03-12-2019
news_image
51
FUTBOL

Yığmamız İngiltərə ilə eyni qrupda

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda mübarizə aparacaq. 

Yığmamızın rəqibləri İngiltərə, Yunanıstan və San-Marino komandaları olacaq. Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.