13:10 03-12-2019
news_image
45
FUTBOL

Millinin oyunlarının tarixi dəyişdirildi – səbəb

Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının tarixi dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 3-də və 5-də keçirilməyəcək. Matçlar dekabrın 4-də və 6-da baş tutacaq.