17:51 03-12-2019
news_image
115
FUTBOL

Azərbaycan klubunun avrokubokdakı rəqibləri müəyyənləşdi

UEFA Region kubokunda 2020/21 mövsümünün püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisinin avrokubokdakı rəqibləri də müəyyənləşib.

A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. 

Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna, Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/19 mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək. Digər ölkələrdə isə klubların adları tam dəqiqləşməyib.