“Avropa Oyunları Rio Olimpiadasına yaxşı hazırlıq idi” - Vitali Mutko
29.06.2015 - 09:28
“Avropa Oyunları Rio Olimpiadasına yaxşı hazırlıq idi” - Vitali Mutko

“Əksər idman növlərində atletlərimiz əla çıxış etdilər. Bakıya həm təcrübəli, həm də gənc idmançılar yollanmışdılar. Avropa Oyunları Rio Olimpiadasına bir növ yaxşı hazırlıq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.

 

O, həmvətənlərinin Bakı-2015 I Avropa Oyunlarındakı çıxışını dəyərləndirib.

 

Mutko bildirib ki, yaxın günlərdə federasiya rəhbərləri ilə görüşəcək: “Rahatlaşmaq olmaz, yalnız irəliyə doğru addımlamaq lazımdı. Avropa Oyunları ilə əlaqədar tezliklə federasiya rəhbərlərini qəbul edəcəm”.

 

Nazir onu da əlavə edib ki, Avropa Oyunlarında medal qazanan rusiyalı idmançılara mükafat veriləcək: “İdmançıların Moskvada rəsmi qəbul mərasimi olmayacaq. Çünki onlar çox yükləniblər, atletləri işlərindən yayındırmaq istəmirəm. Mövsümün bu vaxtında qəbul keçirməyə imkan yoxdu. Bu günlərdə əmr imzalayacam, bütün medalçılar mükafatlandırılacaqlar”.

 

Qeyd edək ki, Rusiya Avropa Oyunlarında qazandığı medal (164) sayına görə birinci olub.

0