[b]Azərbaycan prezidenti İlham Əliyev Kəmaləddin Heydərov və Azad Rəhimovu mükafatlandırıb[/b]
29.06.2015 - 16:22
[b]Azərbaycan prezidenti İlham Əliyev Kəmaləddin Heydərov və Azad Rəhimovu mükafatlandırıb[/b]

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, təltif olunanlar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov və gənclər və idman naziri Azad Rəhimov da var.

 

K. Heydərov Azərbaycan prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, A. Rəhimov isə "Şöhrət" ordeni ilə təltif olunub.   

0