[b]Bakı-2015: 16 yaşı var, 37 ölkədən güclü çıxdı![/b]
28.06.2015 - 16:23
[b]Bakı-2015: 16 yaşı var, 37 ölkədən güclü çıxdı![/b]

Bu gün başa çatan Bakı-2015 I Avropa Oyunlarında ən çox medal qazanan idmançılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 7 dəfə çempion adına yiyələnən 16 yaşlı rusiyalı üzgüçü Arina Openışeva yarışların rekordçusu olub.

 

O, 7 qızılla yanaşı, 1 gümüş medala da sahib çıxıb. Bu göstərici ilə o, Avropa Oyunlarına qatılan 50 ölkədən 37-ni qabaqlayıb. Yalnız qeyri-rəsmi komanda hesabında ilk 13 yeri tutanlar Arinadan öndə qərarlaşıb.

 

Digər rusiyalı üzgüçü Mariya Kamenova ümumi medal sayında rekord vurub. Həmyerlisi ilə müqayisədə qızılı az olan Kamenova 9 dəfə fəxri kürsüyə qalxıb. O, 6 qızıl, 1 gümüş və 2 bürüncə yiyələnib.

 

6 çempionluq yaşayan daha bir idmançı – Polina Yeqorova da Rusiya üzgüçüsüdü. Qızıldan başqa, mükafat qazanmayan idmançı ümumi siyahıda 3-cüdü. Bu 3 idmançının aktivindəki 19 qızıl isə yalnız Azərbaycanın çempionluğundan azdı. Digər 48 iştirakçı ölkə isə rusiyalı “üçlüy”ə həsəd apara bilər.

 

Ümumilikdə, Bakı-2015 I Avropa Oyunlarında 10 idmançı 5 və daha çox medal qazanıb. Bu rekordçuların 9-u üzgüçülük, 1-i idman gimnastikasını təmsil edir. Üzgüçü olmayanlar arasında siyahıya düşən yeganə idmançı isə Azərbaycan gimnastı Oleq Stepkodu.

 

Təmsilçimizin yer aldığı “onluq”da 5 qadın, 5 kişi idmançı yer alıb. İlk 3 pilləsində qadınların yer aldığı cədvəldə ən yaxşı kişi atlet Danil Paxomovdu. Rusiyalı üzgüçü 4 qızıl və 1 gümüşə sevinib. Kişilər arasında yalnız 1 iştirakçı – medalların ümumi sayında Stepkonu arxada qoyub. Bu, böyük britaniyalı üzgüçü Dsnkan Skottdu. Onun hesabında 6 mükafat var. Stepko və digər 3 kişi idmançı 5 dəfə fərqlənib.

 

Maraqlıdı ki, 5 və daha çox medal alanlar arasında çempionluğa həsrət qalan da var. Bu da rusiyalı qız üzgüçülərin kölgəsində qalan böyük britaniyalı Jorjia Koatesdi.

 

5 və daha çox medal qazananların siyahısında Rusiya və Böyük Britaniya hərəyə 4, Azərbaycanla Hollandiya isə 1 idmançı ilə təmsil olunub. İlk “onluq”da yer alan 4 idmançı dörd və daha çox qızıl medala yiyələnib. Onlardan başqa üzgüçülər Anton Çupkov, Mariya Astaşkina, Vasilisa Buynaya və bədii gimnast Yana Kudryavtseva da eyni sayda çempionluq yaşayıb. Lakin onlar elə 4 medalla kifayətlənib.

 

Ən azı 5 medal qazananlar

 

yer

Idmançı

ölkə

növ

qızıl

gümüş

bürünc

cəmi

1

Arina Openışeva

Rusiya

üzgüçülük

7

1

0

8

2

Mariya Kamenova

Rusiya

Üzgüçülük

6

1

2

9

3

Polina Yeqorova

Rusiya

Üzgüçülük

6

0

0

6

4

Danil Paxomov

Rusiya

Üzgüçülük

4

0

1

5

5

Dankan Skott

Böyük Britaniya

üzgüçülük

3

3

0

6

6

Marrit Stinberqen

Hollandiya

üzgüçülük

1

5

0

6

7

Kameron Kurl

Böyük Britaniya

üzgüçülük

1

4

0

5

8

Martin Uolton

Böyük Britaniya

üzgüçülük

1

3

1

5

9

Oleq Stepko

Azərbaycan

İdman gimnastikası

1

2

2

5

10

Jorjia Koates

Böyük Britaniya

üzgüçülük

0

2

3

5

 

0