[b]Bakı-2015: Son qaliblər mükafatlandırıldı[/b]
29.06.2015 - 10:18
[b]Bakı-2015: Son qaliblər mükafatlandırıldı[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə son görüş keçirilib. Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə baş katib Ağacan Abıyevin qatıldığı görüşdə yarışda medal qazanan idmançılar iştirak ediblər.

 

MOK rəsmiləri Avropa Oyunlarının XVI günündə qızıl medal qazanan Albert Səlimov, (boks, 60 kq), Pərviz Bağırov (boks, 69 kq) və Abdulqadir Abdullayev (boks, 91 kq), həmçinin gümüş mükafat əldə edən Xaybula Musalovu (boks, 75 kq) mükafatlandırıblar.

 

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə idmançılarımızın ilk Avropa Oyunlarındakı çıxışından razılığını bildirib.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

0