[b]“I Avropa Oyunları karyeramın ən yaxşı yarışıdı” [/b]– italiyalı idmançı
24.06.2015 - 11:50
[b]“I Avropa Oyunları karyeramın ən yaxşı yarışıdı” [/b]– italiyalı idmançı

“I Avropa Oyunları karyeramın ən yaxşı yarışıdı və burda iştirak etdiyimə görə, çox sevinirəm”. Bunu apasport.az saytına İtaliyanın qılıncoynatma yığmasının üzvü Alberto Pelleqrini deyib.

 

27 yaşlı idmançı Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatmanın sablya növündə bürünc medal qazanıb.

 

O bildirib ki, bu yarış idmançılara yeni təcrübə qazanmaq və özlərini təkmilləşdirmək baxımından yaxşı bir şansdı: “Mən də çalışacam II Avropa Oyunlarına daha yaxşı hazırlaşım”.

 

Pelleqrini Oyunların yüksək səviyyəli təşkilatçılığından da ağızdolusu danışıb: "Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və ona görə deyə bilərəm ki, Azərbaycan yaxşı təşkilatçılıq işləri görüb. Bakıda gəzintiyə çıxdıq, dənizkənarı Milli Parkda gəzdik. Bakı gözəl şəhərdi, insanlar çox mehriban və qonaqpərvərdilər. Həm də Azərbaycanın dadlı milli xörəkləri var. Bura gəlməkdən böyük zövq aldım”.

0