[b]II Avropa Oyunları üçün yeni ev sahibi[/b]
29.06.2015 - 13:27
[b]II Avropa Oyunları üçün yeni ev sahibi[/b]

II Avropa Oyunlarına Belarus ev sahibliyi edə bilər. Apasport.az saytının məlumatına görə, Avropa Olimpiya Komitəsinin yarışı təşkil etmək üçün Belarus Milli Olimpiya Komitəsi (BMOK) müraciət edib.

 

Bu barədə açıqlama verən BMOK-un I vitse-prezidenti Maksim Rıjenkov ölkəsinin belə bir turnir keçirmək iqtidarında olduğunu deyib. Onun sözlərinə görə, belarusluları yalnız Bakı-2015-in təşkilatçılarının böyük məbləğdə vəsait xərcləmələri düşünməyə vadar edir: “Amma Azərbaycanda infrastruktur demək olar sıfırdan qurulub. Lakin Belarusda idman obyektlərinin çox fəaliyyətdədi. Təxminən 6000 idmançı və 1500 jurnalistin qida, nəqliyyat və onların qalmaq üçün yeri sual olaraq qalir. Buna da böyük vəsait lazımdı”.

 

Eyni zamanda, BMOK və ölkə prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi yığmalarının Bakı-2015-dəki çıxışına da toxunub. O bildirib ki, Azərbaycanda qeydə alınan nəticələrlə kifayətlənmək fikrində deyillər: “Heç vaxt arxayınlaşmaq lazım deyil. Həmişə daha yaxşıya can atmaq lazımdı”. 

0