[b]Qitə çempionatları Avropa Oyunları çərçivəsində keçirilə bilər [/b]
30.07.2015 - 10:15
[b]Qitə çempionatları Avropa Oyunları çərçivəsində keçirilə bilər [/b]

Avropa Olimpiya Komitəsi (AOK) bir sıra idman növləri üzrə qitə çempionatını Avropa Oyunlarının proqramı çərçivəsində keçirmək istəyir. Apasport.az saytının məlumatına görə, bunu AOK prezidenti Patrik Hikki açıqlayıb.

 

O bildirib ki, 2019-cu ildən etibarən Avropa Oyunları çərçivəsində keçiriləcək qitə çempionatları Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq: “Ümid edirəm ki, 2 qərar qəbul olunacaq. Onlardan əsası bir sıra idman növləri üzrə Avropa çempionatlarının bizim Oyunlarımız çərçivəsində keçirilməsidi. Bu qərarın ilin sonuna kimi verilməsi gözlənilir. Bakıda keçirilən Avropa Oyunlarında eyni hal cüdo idman növündə yaşanmışdı. İkincisi isə bu yarışları sadəcə qitə çempionatı etmək deyil, həm də Olimpiya Oyunlarına vəsiqə verməsini təmin etməkdi. Bu çox düzgün qərar olardı və xeyli pula qənaət etmək imkanı verərdi”.

 

Hikki onu da qeyd edib ki, Tokio Olimpiadasından 1 il öncə keçiriləcək Avropa Oyunlarına 3 ölkə namizəddi. Lakin o, bu ölkələrin adlarını açıqlamayıb.

 

Qeyd edək ki, ilk Avropa Oyunları bu il Bakıda keçirilib. 

0