[b]Rusiyalı nazir: Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən Azərbaycana təşəkkür etmək lazımdı[/b]
09.07.2015 - 09:21
[b]Rusiyalı nazir: Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən Azərbaycana təşəkkür etmək lazımdı[/b]

“Hazırda bizim futbol üzrə dünya çempionatını layiqli alıb-almamağımızla bağlı çoxlu müzakirələr gedir. Ölkələrin böyük turnirləri keçirməsi ətrafında söz-söhbət yaratmaqdansa, onlara bu boyda məsuliyyəti üzərilərinə götürdüyü üçün təşəkkür etmək lazımdı. Hətta onların qarşısında papağı çıxarmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko deyib.

 

O, böyük yarışları qəbul edən ölkələrin idmanın inkişafındakı rolunu vurğulayıb. Mutkonun sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi alqışalayiqdi: “Çinə təşəkkür etməliyik ki, Yay Olimpiya Oyunlarından sonra xeyli sayda turnirlər keçirib. Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən Azərbaycana da təşəkkür etmək lazımdı. Bu böyük bir işdi. Təbii ki, bunlar da idmanın və infrastrukturun inkişafını sürətləndirir”.

 

Qeyd edək ki, Bakı-2015 iyunun 12-28-də baş tutub.

0