DÇ-2014: Daha bir istefa
25.06.2014 - 10:35
DÇ-2014: Daha bir istefa

Braziliyada keçirilən dünya çempionatının C qrupunda III turun oyunlarından sonra daha bir məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili yığmasının baş məşqçisi Sabri Lamuşi postundan gedəcəyini açıqlayıb.

 

Onun komandası ilk turda Yaponiyaya qalib gəlib, ardınca Kolumbiya və Yunanıstan yığmalarına uduzaraq, qrupda qaldığından vəzifəsindən getməyi qərara alıb.

 

Qeyd edək ki, Tunis əsilli fransalıdan öncə Avro-2016-da Azərbaycanla eyni qrupda yer alan və 2016-cı ilə qədər müqaviləsi olan Çezare Prandelli də istefa vermişdi.

0