DÇ-2014: Köynəklərini yox, şortlarını dəyişdilər - VİDEO
20.06.2014 - 15:53
DÇ-2014: Köynəklərini yox, şortlarını dəyişdilər - VİDEO

Braziliyada keçirilən dünya çempionatında maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, adətən futbolçular köynəklərini dəyişdikləri halda, bu dəfə şortlarını bir-birinə hədiyyə ediblər.

 

Bu, Xorvatiyanın Kameruna 4:0 hesabı ilə qalib gəldiyi matçdan sonra baş verib. Afrikalı ulduz Stefan M`Bia və “Barselona”nın yeni transferi İvan Rakitiç paltardəyişmə otağının qarşısında hamının gözü qarşısında şortlarını dəyişərək, bir-birinə razılıq ediblər. Futbola xas olmayan bu hadisə birmənalı qarşılanmayıb. 

 

video
0