DÇ-2014: Uğursuzluğun qurbanları
28.06.2014 - 15:03
DÇ-2014: Uğursuzluğun qurbanları

Qana millisinin Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluğu istefalara səbəb olub. Apasport.az saytının məlumatına görə, mübarizəni qrup mərhələsində dayandıran Afrika təmsilçisinin gənclər və idman naziri Elvis Ankra vəzifəsindən istefa verib. Nazirin müavini Cozef Yammin də eyni addımı atıb.

Qeyd edək ki, 4 il əvvəl 1/4 finaladək irəliləyən Qana millisi bu dəfə Almaniya, ABŞ və Portuqaliyanın yer aldığı qrupun sonuncusu olub.

0