Hollandiya birinci oldu, İspaniya qələbə qazandı - YENİLƏNİR
23.06.2014 - 21:52
Hollandiya birinci oldu, İspaniya qələbə qazandı - YENİLƏNİR

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının qrup mərhələsinin II turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, H və G qrupunda keçirilən oyunlarla rəsmən II tura yekun vurulub.

 

Əvvəlcə Əlcəzair Cənubi Koreya ilə gücünü sınayıb. Afrika təmsilçisi məğlub olacağı halda, turnirlə erkən vidalaşacaqdı. Ancaq bosniyalı məşqçi Vahid Halilhodjiçin komandası ilk hissədə 3 cavabsız top vurmaqla görüşün taleyini həll edib. Bununla, onlar turnir cədvəlində II sıraya yüksəliblər.

 

G qrupunda isə Portuqaliyanın taleyi həll olunurdu. İlk turda gözlənilmədən Almaniya tərəfindən darmadağın olunan Paulu Bentunun yetirmələri bu dəfə ABŞ səddinə ilişib. Nani hesabı erkən açsa da, amerikalılar əzmkar futbol hesabına önə keçiblər. Yalnız Varelanın əlavə olunmuş dəqiqələrdə başla mükəmməl qolu Portuqaliyanı məğlubiyyətdən xilas edib. Bununla da avropalılar 1/8 finala çıxmaq şansını Qana ilə son turun oyununa saxlayıb.

 

III turun oyunları isə B qrupunda keçirilən görüşlərlə start götürüb. Eyni vaxtda Avstraliya – İspaniya və Hollandiya Çili görüşləri keçirilb. Autsayderlərin matçı olan ilk görüşdə tərəflər meydana imic xətrinə çıxıb. İspaniya bu oyunda 3 qol vuraraq, qrupu üçüncü yerdə başa vurub. Hollandiya-Çili matçında isə qrupun liderinin kim olacağı müəyyən olunub. Daha təcrübəli Hollandiya 2:0 hesabı ilə qalib gələk, birinciliyi təmin edib.

 

 

23 iyun

H qrupu

Cənubi Koreya – Əlcəzair 2:4

Qollar: Son, 50; Ku, 72 – Slimani, 26; Haliş, 28; Cabu, 38; Brahimi, 62

Hakim: Vilmar Roldan (Kolumbiya)

Portu-Aleqri. “Beyra-Rio” stadionu

 

Belçika

2

2

0

0

3-1

6

Əlcəzair

2

1

0

1

5-4

3

Rusiya

2

0

1

1

1-2

1

Cənubi Koreya

2

0

1

1

3-5

1

 

 

G qrupu

ABŞ – Portuqaliya 2:2

Qollar: Cons, 64; Dempsi, 81 - Nani, 5; Varela, 90+5

Hakim: Nestor Pitana (Argentina)

Manaus. “Arena Amazoniya”

 

Almaniya

2

1

1

0

6-2

4

ABŞ

2

1

1

0

4-3

4

Qana

2

0

1

1

3-4

1

Portuqaliya

2

0

1

1

2-6

1

 

 

B qrupu
 

Avstraliya - İspaniya - 0:3

Qollar: Vilya, 36; Torres, 69; Mata

Hakim: Navaf Şukralla (Bəhreyn)

Kuritiba. “Arena da Bayşada”

Avstraliya: Ryan, Davidson, Spiranoviç, Letske, Taggart, Oar, Bozaniç, Jednak, McKay, McGovan, Vilkinson

İspaniya: Reyna, Albiol, Xuanfran, İnyesta, Vilya, Torres, Alonso, Ramos, Koke, Alba, Kazarola

 

Hollandiya – Çili - 2:0

Qollar: Fer, 77; Depay, 90+

Hakim: Bakari Qassama (Zambiya)

San-Paulo. “Arena Korintians”

Hollandiya: Cillessen, Vlaar, De Vrij, Blind, De Yonq, Janmaat, Sneyder, Robben, Kuyt, Lens, Vijnaldum

Çili: Bravo, Mena, İsla, Silva, Alexsis, Varqas, Quttieres, Medel, Jara, Aranguis, Dias

 

Hollandiya

3

3

0

0

10-3

9

Çili

3

2

0

1

5-3

6

İspaniya

3

1

0

2

4-7

3

Avstraliya

3

0

0

3

3-9

0

0